Düzeltme! Profil resmi yükleme sorunu giderilmiştir.
Bilgi! Sitemizden en iyi şekilde faydalanabilmeniz için çerezler kullanılmaktadır. Bu siteye giriş yaparak çerez kullanımını kabul etmiş sayılıyorsunuz.
Kurban Aslan ( Salıfov) - Xocalı Faciəsi

Xocalı Faciəsi

Xocalı Faciəsi

O gün qan içənlərin səmti düşmüşdü ora
Alıb mühasirəyə saldılar bizi tora
İnan zövq alırdılar milləti qıra - qıra
Vicdan hissi tutmadı içlərində bir kəsi,
O gecə törədildi Xocalı Faciəsi.

Cürbəcür işgəncələr əzablar
verirdilər
Dünya dillənmir deyə, gör nələr edirdilər
Şişə çəkildi bir - bir yeni olmuş körpələr
Kar etdi qulaqları anaların ah səsi
O gecə törədildi Xocalı Faciəsi.

O gecə göy üzündə səmanın ayı getdi
Gözlərin parlaqlığı, qəlbin eşq layı getdi
Kiminin bütöv evi, kiminin soyu getdi
Neçə ölkə adıyla quruldu tor tələsi
O gecə törədildi Xocalı Faciəsi.

Əli yalın insanlar bilmirdi getsin hara
Aparsın mübarizə qan içənə ya qara
Düşmən çatdı niyyətə, bizlərə vurdu yara
Öldürdü qəlbimizdə coşğun olan həvəsi
O gecə törədildi Xocalı Faciəsi.

Göylər qan ağlayırdı, yer isə tutmuşdu yas
Başda oturanlarda etmirdi bizi xilas
Bizim uğurumuzda da kimsə olmadı həssas
Biçdi günahsızları namərd, iblis gülləsi
O gecə törədildi Xocalı Faciəsi.

Tanklara bağladılar hamilə qadınları
Bir anlığa yox oldu Xocalının baharı
Fransadan muzdlular, Rusiyadan rus tankları
Güc verib erməniyə yedizdirdi xəbisi
O gecə törədildi Xocalı Faciəsi.

Qurban Aslan, bu xalqın səsinə kim verdi səs?
Vətənə oğul lazım bunu bilsin qoy hər kəs
Ağ qar qana dönüşdü, kəsildi neçə nəfəs
Ora göndərmişdilər bütün şeytan, iblisi
O gecə törədildi Xocalı Faciəsi.

Müəllif : Qurban Aslan


Kurban Aslan ( Salıfov)

Okunma Sayısı
Toplam: 1028
Bu yıl: 2

Yayınlanma : 3.2.2016 1

Etiket: Yok


Yazar Hakkında Şikayet Et
Favorilerime Ekle whatsapp facebook

İpucu: Şiirlerinizin daha yüksek okunma ve beğeni sayısına ulaşması için şiirinizin altında bulunan Whatsapp, Facebook ve Twitter butonlarını kullanarak sevdikleriniz ile paylaşabilirsiniz.